Yunanıstan qarışdı: Polis sərhədi bağlayan fermerlərə müdaxilə etdi

  • By admin
  • 15 Fevral 2024 10:43

Yunanıstanın Kilkış şəhərində Şimali Makedoniya ilə sərhədi bağlamaq istəyən fermerlərlə polis arasında dava düşüb.

Gununsesi.info-nun xəbərinə görə, təxminən bir aya yaxındır ki, hökumətin kənd təsərrüfatı siyasətinə etiraz edən Yunanıstanda fermerlər iki saat ərzində traktorları ilə Şimali Makedoniya sərhədini yük maşınlarına bağlamağa çalışıblar. Polisin fermerlərə müdaxiləsi zamanı dava düşüb.

Ölkə daxilində ara-sıra etirazlarda təhlükəsizlik qüvvələrinə müqavimət göstərən fermerlər bu həftə paytaxt Afinada traktorları ilə böyük nümayiş keçirməyi planlaşdırır.

Kardiça Palama Fermerlər Birliyinin sədri Kostas Celas jurnalistlərə açıqlamasında hökumətin fermerlərlə oyun oynadığını və etirazlarını gücləndirəcəklərini deyib.

Celas tələblərinin yerinə yetirilmədiyi təqdirdə traktorları ilə Afinada nümayiş təşkil edəcəklərini bildirib.

Digər tərəfdən, dünən Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ilə fermer nümayəndələri arasında keçirilən görüşdən sonra hökumət kənd təsərrüfatında istifadə edilən elektrik enerjisinin qiymətinin aşağı salınması ilə bağlı qərar verib.

 

Gununsesi.info