Yunanıstan Rusiya tankerini müsadirə edir

  • By admin
  • 21 Aprel 2022 18:42

Sahil Mühafizəsi müsadirə qərarının gəminin yükünə deyil, özünə aid olduğunu bildirir

 

Yunanıstan hakimiyyəti Egey dənizində Rusiya tankerini müsadirə etdiyini açıqlayıb.

Gununsesi.info bildirir ki, bu addım Rusiyanın Ukraynaya qarşı səbəbsiz işğalına görə Avropa İttifaqının (Aİ) sanksiyaları çərçivəsində atılıb.

Rusiya bayrağıyla üzən, 19 rusiyalı heyət üzvü olan gəmi aprelin 19-da Evia adasının cənub sahilindəki Kariston şəhəri yaxınlığında saxlanıb.

“Gəmi Aİ sanksiyaları çərçivəsində saxlanıb”

 

– Yunanıstan Sahil Mühafizəsi müsadirə qərarının gəminin yükünə deyil, özünə aid olduğunu bildirir.

Mexaniki problemləri çıxan gəmi yedəklə Peloponezə aparılırdı ki, yükü başqa bir gəmiyə boşaldılsın. Amma hava şəraiti onu Karistosa aparıb çıxarıb.

Yunanıstanın üzv olduğu Aİ Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Məqsəd Rusiya iqtisadiyyatına zərbə vurmaq, Prezident Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etməkdir.

Sanksiyalara bir sıra malların idxal-ixracına, Rusiya bayrağıyla üzən gəmilərin Aİ limanlarına girişinə qadağalar daxildir.