Yunanıstan sahillərində zəlzələ olub

  • By admin
  • 22 Fevral 2018 08:10

Yunanıstan sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info-nun Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələ saat 23:44-də (GMT) qeydə alınıb. Yeraltı təkanların episentri Arqostolion şəhərindən 40 kilometr cənubda, ocağı isə 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Gununsesi.info