Yunanıstan son iki ildə Aİ-dən qrant və kredit şəklində 15 milyard avro alıb

  • By ilhame
  • 15 Yanvar 2024 20:49

Yunanıstan 2021-ci ildən bəri Avropa İttifaqının (Aİ) İqtisadi Bərpa Fondundan 15 milyard avroya yaxın qrant və kredit alıb ki, bu da ölkənin ümumi istehsalının təxminən 8%-nə bərabərdir.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın iqtisadiyyat və maliyyə nazirinin birinci müavini Nikos Papatanasis bildirib.

 

“Yunanıstan 2021-ci ildən bəri Aİ-nin İqtisadi Bərpa Fondundan 15 milyard avroya yaxın qrant və kredit alıb. Avropa Komissiyasının ölkəyə əlavə 3,6 milyard avro kredit və qrant verəcəyi ilə bağlı bugünkü açıqlaması da müsbət haldır. Bu, bilavasitə kredit proqramının gedişi və ən mühüm layihələr və islahatlarla bağlıdır”, – nazir müavini deyib.

 

Yunanıstanın İqtisadi Bərpa Fondundan maliyyələşdirmə planı ölkəyə 2027-ci ilə qədər 35,95 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutur ki, bunun da 18,22 milyard avrosu qrant, 17,73 milyard avrosu isə kredit şəklindədir.

 

Gununsesi.info