Yunanıstan turistləri qəbul edəcəyi tarixi açıqladı…

  • By admin
  • 09 Mart 2021 22:54

Yunanıstan mayın 14-dən etibarən turistləri qəbul etməyi planlaşdırır.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın turizm naziri Haris Teoharis bildirib. O bildirib ki, sərhədlər təkcə Avropa İttifaqından deyil, Rusiya, Belarus və Ukraynadan olan turistlər üçün də açılacaq.

Ölkəyə gələn turistlər mütləq peyvənd olunmalı, COVİD-19 testindən keçməli və mənfi nəticə əldə etməlidir.

Gununsesi.info