Yunanıstan türk zabitinə siyasi sığınacaq verdi

  • By admin
  • 30 Dekabr 2017 18:30

Türkiyədə 15 iyul 2016-cı il hərbi çevriliş cəhdindən sonra qonşu Yunanıstana qaçmış zabitlərdən birinə siyasi sığınacaq verilib.

Gununsesi.info xəbər verir ki, Yunanıstan dövlətindən siyasi sığınacaq istəmiş zabitlərdən birinin müraciəti təmin edilib və o, sərbəst buraxılıb.

Xatırladaq ki, Yunanıstan Ali Məhkəməsi bu ölkəyə qaçaraq siyasi sığınacaq istəyən 8 zabitin Türkiyəyə ekstradisiyası barədə Ankaranın tələbini rədd etmişdi.

Gununsesi.info