Yunanıstan Türkiyənin tələbini rədd etdi

  • Müəllif: admin
  • 03 May 2017 15:46

unnamed (11)

Bu dəqiqələrdə Yunanıstan məhkəməsi növbəti dəfə Türkiyənin tələbini rədd edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstan məhkəməsi bir daha Türkiyənin 3 əsgərin qaytarılması tələbini rədd edib.

Qeyd edək ki, aprelin 25-də Türkiyə əsgərlərin geri qaytarılması ilə bağlı Yunanıstana rəsmi müraciət edib.

Xatırladaq ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən sonra 8 hərbçi helikopterlə Yunanıstana qaçıb. Onlar Afinadan siyasi sığınacaq istəyiblər.

Anar
Gununsesi.info