
Yunanıstanda fermerlər traktorları ilə paytaxt Afinada etiraz aksiyası keçiriblər.
Gununsesi.info xəbər verir ki, İtaliyada həftələrdir Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətlərinə etiraz edən fermerlər səslərini hökumətə çatdırmaq üçün yenidən Romada bir araya gəliblər.
İstehsal xərclərinin azaldılması, vergi yüklərinin yüngülləşdirilməsi, təbii fəlakətlərdən zərər görən fermerlərə dəstək kimi bir çox tələblər irəli sürən Yunanıstanda fermerlər səslərini həfətlərdir hökumətə eşitdirmək üçün ölkənin müxtəlif bölgələrində yolları blokadaya aldıqdan sonra paytaxt Afinaya gəlib. Sintaqma meydanına toplaşan fermerlər traktorlarını parlament binası qarşısında saxlayıblar.
Aksiyaya dəstək verən damazlıqçılar parlament binasının qarşısında üzərində üzərində “Bu gün mal-qara öldü” yazılmış rəmzi tabut qoyublar.
Fermerlər hökumətdən istehsalın maya dəyərini artıran xammalın, xüsusilə dizel, elektrik enerjisi, gübrə və pestisid qiymətlərinin aşağı salınmasını tələb edib.
Vergi yükünün azaldılması, təbii fəlakətlərdən zərər çəkən fermerlərə dəstək kimi tələblər də irəli sürən nümayişçilərin tez-tez dilə gətirdiyi problemlərdən biri də kənd təsərrüfatı məhsullarının xaricdən gətirilərək daxili bazarda istehsal olunmuş kimi satılması olub.
Yunan fermerlər Avropa meyarlarına uyğun istehsal etdikləri üçün xarici bazarlardan gələn kənd təsərrüfatı məhsullarının aşağı qiymətinin haqsız rəqabətə səbəb olduğuna diqqət çəkiblər.
“Agriculture” jurnalının yazarı Stavros Pesiadis bildirib ki, 20 illik karyerasında ilk dəfədir, Afinada fermerlərin belə izdihamlı etirazına şahid olur.
Ölkədə həftələrdir etiraz aksiyası keçirən və ötən həftə etirazlarını traktorları ilə paytaxta gətirən fermerlər bu gün Romada yenidən etiraz aksiyası keçiriblər.
Əvvəlkilərə nisbətən daha kiçik miqyasda keçirilən nümayişdə təxminən 200 nəfərlik bir qrup fermer 2 traktorla Romanın əhəmiyyətli meydanlarından biri olan Repubblicaya gəlib. Bəzi fermerlərin özləri ilə buzov gətirdikləri görülüb.
Aİ-nin yaşıl və ekoloji siyasətləri ilə Avropada kənd təsərrüfatını öldürdüyünü iddia edən fermerlərin traktor şassisinin üzərinə oraqlı tabut qoyaraq, digər Aİ üzvü olan Almaniya, İspaniya, Rumıniya, Yunanıstan və Portuqaliyanın bayraqlarını asdıqları müşahidə edilib.
Aksiyada “Biz Avropanın köləsi deyilik”, “Kənd təsərrüfatı ölür” və “Kənd təsərrüfatını xilas etmək üçün mübarizə aparırıq” yazılı lövhələr diqqət çəkib.
Fermerlər qeyd ediblər ki, ölkənin şimalından cənubuna qədər kənd təsərrüfatı ilə məşğul olan hər kəs bu etirazda həmrəydir.
Aksiya zamanı təhlükəsizlik qüvvələrinin fermerlərin şəhər mərkəzinə doğru irəliləməsinin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri gördüyü görülüb. Bəzi fermerlər Nomentana Bulvarını qısa müddətə trafikə bağladılar.
Son zamanlar həyata keçirilən kənd təsərrüfatı siyasəti bir çox Aİ ölkələrində, xüsusilə Almaniya, Fransa, İspaniya, Hollandiya, Belçika, Polşa, İtaliya və Macarıstanda fermerləri qane etmir.
Əksər Avropa ölkələrində fermerlər yaşadıqları problemlərə diqqət çəkmək üçün traktorları ilə etiraz aksiyası keçirirlər.
Aİ-də fermerlər İttifaqın kənd təsərrüfatı siyasətini, təbiətin bərpası hədəflərini, subsidiyaların azaldılmasını, Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan yüksək enerji, yanacaq və gübrə xərclərini, Ukraynadan ucuz taxıl məhsulları və suya qənaət tədbirlərini şiddətlə tənqid edirlər.
Gununsesi.info