Yunanıstan XİN rəhbəri Ankarada mətbuat konfransında qalmaqal yaratdı – VİDEO

  • By admin
  • 15 Aprel 2021 21:30

“Yunanıstana qarşı ittihamedici ifadələr işlətmədim. İlk görüşün daha pozitiv olmasını istəyirdik, amma son dərəcə qəbul edilməyən ifadələr işlətdi”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfərdə olan Yunanıstan XİN rəhbəri Nikos Dendiasla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

İki ölkə arasında əlaqələrin müsbət həlli istiqamətində davam edən mətbuat konfransının sonunda N.Dendias “Əgər Türkiyə Yunanıstanın suverenliyini pozmağa davam edərsə, bizim ittihamlarımız təkrar gündəmə gələcək”, – ifadələrinə yer verib.

Buna cavab olaraq M.Çavuşoğlu Türkiyənin sərhədləri pozmadığını vurğulayıb:

“Kiprdə atdığımız addımlar hüquqlarımızı müdafiə etməyə hədəflənib. Buraya gəlib, Türkiyəni ittiham etsəniz, bunların cavabını verərəm.

Siz Türkiyəni günahlandırmağa çalışırsınız. Mən bunları qəbul etmərəm. İkitərəfli olaraq baxış fərqliliklərimizi azaltmağa və əməkdaşlığı inkişaf etdirməyə hazırıq. Amma mətbuat önündə mənə və millətimə ağır ittihamlar irəli sürsəniz, mən də bunun cavabını vermək məcburiyyətindəyəm”.

M.Çavuşoğlu ikitərəfli görüşlərə hazır olduqlarını bildirib:

“Yunanıstanın  davakar yanaşmasına qarşı biz də siyasətimizi buna uyğun müəyyənləşdirərik”.

Nazirlər mətbuat konfransını bitirərək, kürsüdən ayrılıblar.

 

Gununsesi.info