Yunanıstana yanğından sonra gələn sel - FOTOLAR

  • By admin
  • 06 Sentyabr 2023 21:30

Yunanıstan ölkədə əvvəllər heç vaxt görülməmiş leysan yağışları ilə üzləşib. Meteoroloqlar bildiriblər ki, müşahidə olunan yağıntı, yəqin ki, ölkə tarixində ən güclü leysandır. Belə güclü leysanların adətən oktyabr və noyabr aylarında ölkə ərazisində baş verdiyinə diqqət çəkən meteoroloqlar güclü yağış və küləyin sabah da davam edəcəyini vurğulayıblar.

Bu gün ölkəyə təsir edən şiddətli yağış, xüsusilə Tesalya bölgəsindəki Volos, Pilio, Larisa və Skiathos adalarına mənfi təsir göstərib. Yüzlərlə ev və iş yerinin su altında qaldığı bölgədə sel onlarla avtomobili aparıb. Volos xəstəxanasını su basması səbəbindən səhiyyə xidmətləri, xüsusən də kimyaterapiya şöbəsi dayandırılıb. Xəstəxanada olan avadanlıq və cihazlar zədələnib.

Sel nəticəsində evlərində, nəqliyyat vasitələrində və iş yerlərində qalan yüzdən çox insan xilasedicilər tərəfindən xilas edilib.

Səhər saatlarında daşqın nəticəsində bir nəfərin öldüyü bildirilir.

Gununsesi.info xarici KİV-ə istinadən hadisə yerinin fotolarını təqdim edir: