Yunanıstanda 3 günlük matəm elan olundu

  • By admin
  • 19 Aprel 2017 15:00

helikopter_crash_050214

Yunanıstanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub, bir hərbçi isə yaralanıb.

Gununsesi.info-nun məlumatına görə, qəza helikopter plan uçuşu həyata keçirərkən baş verib. Qəzanın səbəbəri isə hələ məlum deyil, araşdırma aparılır.

Yaralı qadın hərbçinin həyatı üçün təhlükə olmadığı barədə məlumat verilib.

Qəza ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib.

Gununsesi.info