Yunanıstanda hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ölüb.
Gununsesi.info bildirir ki, Yunanıstan Hərbi Hava Qüvvələrindən verilən açıqlamada saat 11.28-də təlim uçuşu həyata keçirən “T-2E Buckeye” təyyarəsinin Kalamata hava limanına dönərkən qəzaya uğradığı bildirilib.
Qəza nəticəsində Hərbi Hava Qüvvələrində mayor rütbəsində xidmət edən 41 yaşlı pilotun həlak olduğu bildirilib.
Mətbuatda gedən xəbərlərdə pilotun paraşütünü açmağa vaxtının olmadığı ehtimal edilir. Bəzi xəbər saytları qəzadan əvvəl təyyarədə partlayışın baş verdiyini iddia edib.
Gununsesi.info