Yunanıstanda maliyyə böhranı yenidən başlaya bilər

  • By admin
  • 15 Dekabr 2016 20:15

01ee70d2-c922-4f19-b6bc-c646456c1167_292

 

Yunanıstanda maliyyə böhranı yenidən başlaya bilər

Gununsesi.info-nun “Vestifinance.ru” saytına istinadən verdiyi xəbərə görə, dekabrın 14-də avropalı kreditorlar durğunluq və işsizlikdən əziyyət çəkən Yunanıstana 45 mlrd. avro (47,7 mlrd. ABŞ dolları) həcmində kreditin verilməsindən imtina ediblər. Buna səbəb Yunanıstan hökümətinin pensiyaçılara birdəfəlik yardımın ödənilməsi təklifi olub.

Kredit tranşnın ləğv edilməsi Yunanıstanda yeni borc böhranının başlamasına səbəb ola bilər. Bu da öz növbəsində ölkənin Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə xələl gətirə bilər.

Qeyd edək ki, ləğv olunan kredit tranşı bankların likvidliyinin artırılması üçün nəzərdə tutulub. Tranşın ləğvindən sonra Afina birjası 3% azalıb, Yunanıstan dövlətinin 10 illik istiqrazlarının gəlirliliyi isə 4% bahalaşıb.

 

 

Gununsesi.info