Yunanıstanda miqrant qayığı batdı, uşaqlar öldü

  • By admin
  • 27 Sentyabr 2019 21:14

Yunanıstanın İnuses adası sahillərində miqrantların qayığı batıb.

Gununsesi.org  xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı azı 7 nəfər həlak olub. Onların arasında 2 qadın, bir azyaşlı 4 nəfər isə 6 yaşlı uşaq var. Qayıqdakı 19 miqrantdan 12-nin həyatını xilas etmək mümkün olub.

Onlar Xios adasındakı xəstəxanaya yerləşdirilib.

 

Gununsesi.org