Yunanıstanda seçkilər başlayır

  • By admin
  • 20 May 2023 15:52

Yunanıstanda 21 mayda ümumi seçkilər keçiriləcək.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 9 milyon 900 min seçici bu bazar seçki qutularında öz iradəsini göstərəcək.

Siyasi yarışda 36 partiya yarışacaq.

Hazırda Baş nazir Kriakos Miçotakisin liderliyindəki mühafizəkar Yeni Demokrat Partiyası 32.5 faizlə anketlərdə öndə görünür.

Seçki yarışlarındakı partiyalar Facebook, Tiktok və Youtube imkanlarından istifadə edirlər.

Dövlət televiziyaları siyasi partiya təmsilçilərinə yer ayırır, çeşidli “debat”lar təşkil edilir.

Sabah Bakı vaxtı ilə 8:00-da başlayacaq seçkilər, 18:00-da bitəcək.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info