Yunanıstanda seçkilərdə uduzan müxalifət lideri istefa etdi

  • By admin
  • 29 İyun 2023 16:24

Yunanıstanda ötən həftə keçirilən seçkilərdə uğursuzluğa düçar olan “Syriza” Partiyasının başçısı Aleksis Çipras istefa edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, istefa qərarını Çipras özü verib.

Gözlənilən nəticəni ala bilməyən Çiprasın istefası ilə bağlı açıqlamasında bunlar yer alıb:

“Yeni bir dönəmi başlatmağın zamanı gəldi. Mənfi nəticələnən seçki sonucları bir dönəmin başlanğıcı olmalıdır”.

O, siyasi partiyasının içində yeni bir islahatların gərəkli olduğunu da söyləyib.

Çipras Partiyasına yeni və layiqli bir liderin seçilməsi üçün yol açmaq istədiyini və namizəd olmayacağını bildirib.

2009-cu ildən siyasi partiyanın lideri olaraq davam edən Çipras 2015-2019-cu illərdə Yunanıstanın Baş naziri olaraq vəzifəsini icra etmişdi.

 

Tərcümə: Arzu

Gununsesi.info