
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis parlament seçkilərinin mayın 21-i bazar günü keçiriləcəyini açıqlayıb.
Gununsesi.info yunan mediasına istinadən xəbər verir ki, Yunanıstanda mühafizəkar hökumətin dörd illik səlahiyyət müddəti iyulda başa çatır. “Ölkənin və onun vətəndaşlarının aydın üfüqlərə ehtiyacı var.
Əvvəldən söz verdiyim kimi, dörd illik müddətin sonunda milli seçkilər keçiriləcək”, – Mitsotakis Nazirlər Kabinetinin televiziya ilə keçirilən iclasında deyib. deyib.
Rəy sorğuları Mitsotakisin Yeni Demokratiya partiyasının ana müxalifət olan solçu Syriza partiyasını qabaqladığını göstərsədə, lakin bu fərq fevralın 28-də 57 nəfərin ölümünə səbəb olan və ictimaiyyətin qəzəbinə səbəb olan dəmir yolu qəzasından sonra daralıb. Mayın 21-də keçiriləcək seçkilər yeni tətbiq edilən proporsional seçki sistemi ilə keçiriləcək. Baş nazir bildirib ki, bu sistem bir partiyanın aydın səs çoxluğu qazanmasını çətinləşdirib və “ən gec iyulun əvvəlində” ikinci turun əsasını qoyub.
Tərcümə:
Şəbnəm
Gununsesi.info