Yunanıstandan Avropaya Türkiyə mesajı: Silah satmayın…

Yunanıstanın müxalif sosialist PASOK Partiyasının lideri Nikos Androulakis Türkiyə ilə böhrana toxunaraq, bu vəziyyətə Ərdoğanın səbəb olduğunu iddia edib.

Gununsesi.info Turkustan.az -a istinadən xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında son zamanlar qarşılıqlı bəyanatlarla gərginlik artarkən, iki ölkə arasında mümkün müharibə ssenarilərinin müzakirə olunduğu bir vaxtda Yunanıstanın müxalifət partiyası PASOK lideri Türkiyəni hiddətləndirən açıqlamalar verib.

PASOK prezidenti Nikos Androulakis, ölkədə yayımlanan MEGA televiziya kanalına verdiyi açıqlamada Türkiyə ilə yaşanan böhrana toxunub. Androulakis, “Türkiyə məsələsini iki fərqli vəziyyətdən oxuya bilərik. Birincisi, Türkiyənin daxili vəziyyəti ilə bağlıdır. Ərdoğan uzun illər göstərdiyi səylər nəticəsində özünə rejim yaradıb. Amma hazırda seçkilər risk altındadır. Ərdoğanın təhlükədə olması həm xalqı, həm də qonşu ölkələr üçün çox təhlükəlidir”.

“Avropa Türkiyəyə silah satmağı dayandırmalıdır”

Yunanıstanın diplomatiya istədiyini iddia edən PASOK lideri Qərbə səslənərək, “Avropa Türkiyəyə silah satmağı dayandırmalıdır. Diplomatiya sahəsində Avropa öz strategiyasını dəyişməlidir”. “İki il əvvəl mən Avropa Parlamentini Türkiyədəki silah embarqosuna səs verməyə inandırdım və əslində Almaniya Parlamentinin yarısı lehinə səs verdi” dedi Androulakis. dedi.

Bu gün Yunanıstanın xarici işlər naziri Nikos Dendias Türkiyənin Liviya ilə imzaladığı müqavilənin “qanunsuz” olduğunu və buna qarşı hər cür hüquqi addım atacaqlarını bildirib. “Bu saziş Aralıq dənizində təhlükəsizlik və sabitliyi təhdid edir”, – Dendias bildirib.

Gununsesi.info