Yunanıstandan şok qərar:  - 8 FETÖ-çü Türkiyəyə ekstradisiya edilməyəcək

  • By admin
  • 26 Yanvar 2017 17:20

unnamed (19)

Yunanıstan hərbi çevriliş cəhdində ittiham edilən və Yunanıstana qaçan 8 hərbçini Türkiyəyə təhvil verməkdən imtina edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar bu gün açıqlanıb.

Qeyd edək ki, 15 iyul Türkiyədə çevrilişə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter Yunanıstana enib. Helikopterdə olanlardan ikisi mayor, biri kapitan, beşi isə sıravi əsgərdir.

Anar

Gununsesi.info