Yunanıstanın yeni prezidenti Tasulas vəzifəsinin icrasına başlayıb

  • By Admin2
  • 13 Mart 2025 15:33

Yunanıstanın yeni prezidenti Konstantinos Tasulas and içib. Tasulas bu günə qədər ən yüksək parlament dəstəyi ilə seçilən parlamentin spikeri oldu.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fevralın 12-də Yunanıstan parlamentində prezident seçilən Konstantinos Tasulas bu gün parlamentdə keçirilən mərasimdə vəzifəsinin icrasına başlayacağına dair and içib.

Tasulas andiçmə mərasimindən sonra Prezidentlikdə təşkil edilən mərasimlə vəzifəsini sələfi Katerina Sakelaropuludan təhvil alıb.

Tasulas ötən ay keçirilən 300 yerlik parlamentdə 160 deputatın dəstəyi ilə ölkənin yeni prezidenti olmaq üçün səsə qoyulub.

Qeyd edək ki, 1959-cu ildə anadan olan, prezidentliyə namizədliyini irəli sürməzdən əvvəl üç dəfə parlamentin sədri seçilən Tasulas, bu günə qədər parlamentin ən yüksək dəstəyi ilə seçilmiş parlament sədri olmuşdu.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis tərəfindən prezidentliyə namizəd kimi irəli sürülən Tasulas parlamentin spikeri vəzifəsindən istefa verməyə məcbur olub.

Hüquq təhsili alan Tasulas siyasətə ilk dəfə 1990-cı illərdə qədəm qoyub və 2000-ci ildə millət vəkili seçilib.

Orxan

Gununsesi.info