Yunanlar azərbaycanlıların olduğu gəmiyə atəş açdı - VİDEO

Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala vilayətinin Bozcaada bölgəsində Komor adaları bayrağı altında üzən “Anadolu” adlı gəmiyə atəş açıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

HTML tutorial

Bozcaadanın 11 dəniz mili cənub-qərbində beynəlxalq sularda üzən gəmiyə atəş açılması nəticəsində ölən və yaralanan olmayıb.

Gəmidə 18 nəfər olub. Onlardan 6-sı Misir, 4-ü Somali, 5-i Azərbaycan və 3-ü Türkiyə vətəndaşıdır.

Hazırda gəmini Türkiyənin iki sahil mühafizə gəmisi müşayiət edir.

Gununsesi.info