Yüngül atletika üzrə yığma komanda “Pekin-2008”-in qızıl medalından məhrum edildi

  • By admin
  • 17 Avqust 2016 10:14

3a5cd1c47f1f30692f17e8b3e7567877

 

Rusiyanın yüngül atletika üzrə yığma komandası  Pekin-2008 Olimpiya Oyunlarının qızıl medalından məhrum edilib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytında bildirilir.

Məlumata görə, qərarın verilməsinə səbəb 4×100 metr estafetində çıxış etmiş qaçışçı Yuliya Çermoşanskayanın dopinq-testinin müsbət nəticə verməsi olub.

Qərar  Pekin-2008 Olimpiya Oyunlarının dopinq-testlərinin təkrar yoxlanılmasından sonra verilib.

Yuliya Çermoşanskayanın dopinq-testi qadağan olunmuş iki vasitəyə müsbət nəticə verib.

Gununsesi.info