Yunis Səfərova ömürlük cəza verildi

Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun polis mühafizəçisinə qarşı sui-qəsd cinayətində ittiham edilərək həbs olunan Yunis Səfərov barəsində məhkəmə  hökm çıxarıb.

Gununsesi.info-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Yunis Səfərova ömürlük cəza təyin edilib.

Qeyd edək ki, bir neçə gün öncə məhkəmədə son ifadəsi yayılan Yunis Səfərov əməlindən peşman olmadığını bildirib:

“Mənə onsuz da xalq bəraət verib. Mən əməlimdən peşman deyiləm. Hansı cəzanı verirsinizsə, verin”.

Yunis Səfərovun vəkilləri isə prosesin qeyri-obyektiv aparıldığı qənaətindədir.

Onların sözlərinə görə, məhkəmə müdafiə tərəfinin vəsatətlərini rədd edib.

Gununsesi.info