Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdində təqsirləndirilən şəxslərin işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək. İşə Əfqan Hacıyevin sədrliyilə məhkəmə heyəti baxacaq.
Növbəti iclas martın 18-nə təyin olunub. İş üzrə E.Vəliyevə qarşı sui-qəsd törətmiş Yunis Səfərov və digər 12 nəfər keçir.
Bundan öncə işə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Bakının Sabunçu Rayon Məhkəməsinin binasında baxılıb. Lakin fevralın 17-də vəkillər prosesin Gəncədə və ya Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməsi barədə vəsatət qaldırıblar, çünki Sabunçu məhkəməsinin zalı olduqca kiçikdir.
O vaxt vəkillər məhkəmə heyətinə etiraz etmişdilər, çünki hakim Natiq Əliyevin zərərçəkmiş şəxsin- Gəncənin keçmiş başçısı Elmar Vəliyevin qohumudur.
Məhkəmə ikinci vəsatətə cavab verməyib.
Qeyd edək ki, 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında E.Vəliyevə etiraz olaraq aksiya təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər baş verib.
Bu hadisələrlə bağlı 70 nəfərə qarşı cinayət işi açılıb. Təqsirləndirilən şəxslərə 6 ildən 18 ilədək həbs cəzası verilib. 10-a yaxın adam şərti olaraq azad edilib.
Həbs olunan iki qrupun işinə Apellyasiya Məhkəməsində baxılır.
Y.Səfərov və bir qrup şəxsin məhkəməsi yanvar ayında başlayıb. İş üzrə keçən digər iki nəfər güc qurumlarının xüsusi əməliyyatı zamanı məhv edilib