Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürdü

  • By admin
  • 23 Dekabr 2023 13:33

Yazıçı- publisist, “Olaylar” qəzeti və eyniadlı Agentliyin baş redaktoru Yunus Oğuz növbədənkənar prezident seçkilərində öz təşəbbüsü ilə namizəd olacağını açıqlayıb.

Gununsesi.info  “olaylar”a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib.

Y. Oğuz yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib.

Xatırladaq ki, Y. Oğuz 2003-cü ildə keçirilən prezident seçkilərində də namizəd olub  və  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin xeyrinə  namizədliyini geri  götürüb.

Gununsesi.info