Yurgen Klopp məşqçilik karyerasını sonlandırıb

  • By ilhame
  • 31 İyul 2024 22:26

Son olaraq İngiltərənin “Liverpul” klubunu çalışdıran Yurgen Klopp məşqçilik karyerasını sonlandırıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssis “Sky Sport”a müsahibəsində bildirib.

 

Almaniyalı çalışdırıcı gələcəkdə fikrinin dəyişə biləcəyini istisna etməyib.

 

Qeyd edək ki, Klopp məşqçilik karyerası ərzində “Liverpul”dan başqa Almaniyanın “Maynts” və “Borussiya” (Dortmund) klublarında fəaliyyət göstərib.

Gununsesi.info