Yusuf Dikeç müsahibə üçün bu qədər pul tələb edir – Məbləğ

“Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında hədəfi əli cibində nişan alaraq məşhurlaşan türk atıcı Yusuf Dikeç müsahibə üçün 30 min avro tələb edib”.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Fransanın “L”equipe” qəzeti yazıb.

“Yusuf çox məşğuldur, artıq 2028-ci il Oyunlarına hazırlaşır. Təbii ki, orada qızıl üçün mübarizə aparacaq. Müsahibə vermək ona maraqlı deyil”, – Dikeçin nümayəndəsi Mehmet Ali Akgül bildirib.

Həmçinin 52 yaşlı türkdən müsahibə almaq istəyən hər kəs bir sıra şərtləri yerinə yetirməli olacaq: yalnız idman haqqında danışmaq, müsahibəni dərc etməmişdən əvvəl təkrar oxumaq və fotosunu paylaşmaq hüququnu idmançıya həvalə etmək.

 

 

Gununsesi.info