“Yuvents” Ronaldunun komandadan gedişi barədə xəbərlərə aydınlıq gətirdi

  • By admin
  • 22 Noyabr 2020 11:52

“Yuventus” klubunun idman direktoru Fabio Paratiçi hücumçu Kriştianu Ronaldunun komandadan mümkün gedişi haqqında xəbərlərə münasibət bildirib.

Bu barədə Gununsesi.info Goal”a istinadən xəbər verir.

“Sizi inandıra bilərəm ki, Kriştianu Ronaldu “Yuventus”da qalacaq. Biz transferlər haqqında şayiələrə çox vaxt ayırmırıq, hər gün çoxlu xəbər meydana çıxır”, – Paratiçi bildirib.

Daha əvvəl Ronaldunun 2021-ci ildə Turin “Yuventus”undan mümkün gedişi haqqında bildirilib. Eyni zamanda Kriştianu Ronaldunun yenidən İngiltərənin “Mançester Yunayted” klubuna qayıda biləcəyi barədə xəbər yayılıb.

Kriştianu Ronaldu 2003 – 2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib. Daha sonra İspaniya “Real Madrid”inə keçən futbolçu 2018-ci ilin yayında “Yuventus”la 4 illik müqavilə imzalayıb. O, mankunianların heyətində 3 dəfə İngiltərə Premyer Liqasının, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.

 

 

Gununsesi.info