“Yuventus” “Atalanta” ilə məğlubiyyətdən son dəqiqələrdə xilas olub

  • By admin
  • 12 İyul 2020 09:31

İtaliya A Seriyasının 32-ci turunun matçında “Atalanta” “Yuventus”la qarşılaşıb.

Gununsesi.org xəbər verir ki, görüş Turində “Alyans-Yuventus” stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb.

Matçda hesab 16-cı dəqiqədə açılıb. Dyuvan Sapata “Atalanta”nın ilk qolunu vurub. Kriştianu Ronaldu 55-ci dəqiqədə penalti ilə hesabı bərabərləşdirib. Lakin Ruslan Malinovski 81-ci dəqiqədə “Atalanta”nı növbəti dəfə hesabda önə çıxarıb.

“Yuventus” Ronaldunun 90-cı dəqiqədə ikinci penaltini dəqiq yerinə yetirməsi ilə məğlubiyyətdən yaxa qurtarıb.

“Yuventus” 32 turdan sonra 76 xal toplayıb. Komanda bununla A Seriyasında birinci yerə yüksəlib. “Atalanta” isə 67 xal toplayaraq üçüncü yerlə kifayətlənməli olub.

 

 

Gununsesi.org