Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən İtaliyanın “Yuventus” klubu heyətinə yeni futbolçu ilə gücləndirəcək.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, “qoca-sinyora” Fransa təmsilçisi “Nitsa”nın üzvü Kefren Türamın xidmətində maraqlıdır.
23 yaşlı oyunçu ilə 2029-cu ilə qədər müqavilə bağlanacaq.
Qeyd edək ki, K.Türam “İnter”də (İtaliya) çıxış edən Markus Türamın qardaşı, vaxtı ilə “Yuventus”un şərəfini qorumuş Lilian Türamın isə oğludur.
Gununsesi.info