![](https://www.gununsesi.info/wp-content/uploads/2020/03/0390324431319d96c6bb7b444ed6f9d8-150x100.jpg)
İtaliya A Seriyasının XXVI turunun bu həftəsonu keçirilməli olan 5 oyunu ləğv olunub.
Gununsesiaz.info çempionatın rəsmi saytına istinadən xəbər verir ki, “Yuventus” – “İnter”, “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – SPAL və “Sassuolo” – “Breşiya” matçları koronavirus epidemiyasına görə təxirə salınıb. Qarşılaşmalar mayın 13-də baş tutacaq.
Bu oyunların əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan A Seriyasının rəhbərliyi qərarını dəyişib.
Qeyd edək ki, bundan əvvəl XXV turun “Verona” – “Kalyari”, “Atalanta” – “Sassuolo” və “İnter” – “Sampdoriya” görüşləri də eyni səbəbdən təxirə salınıb.
Gununsesiaz.info