
İtaliyanın “Yuventus” klubu “Bolonya”nın baş məşqçisi Tyaqo Motta ilə razılığa gəlib.
Gununsesi.info “Corriere della Sera”ya istinadən xəbər verir ki, “qoca sinyora” 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayacaq.
Braziliyalı çalışdırıcı yeni klubunda illik 3,5 milyon avro qazanacaq.
“Barselona” və PSJ-nin sabiq futbolçusu bu posta Massimiliano Alleqrini əvəzləyəcək.
Gununsesi.info