“Yuventus” koronavirusa yoluxan futbolçularına yeni müqavilə təklif edib

  • By admin
  • 22 Mart 2020 22:44

“Yuventus” koronavirus infeksiyasına yoluxan futbolçularına dəstək nümayiş etdirir.

Gununsesiaz.info-nun məlumatına görə, Turin təmsilçisi həmin oyunçularla yeni müqavilə bağlamaq qərarına gəlib.

Müdafiəçi Daniele Ruqani və yarımmüdafiəçi Blez Matuididən sonra hücumçu Paulo Dibalaya da yeni sözləşmə təklif olunub. “Qoca sinyora” Argentina millisinin üzvü ilə hazırkı sözləşməsini yeniləmək niyyətindədir və onun meneceri ilə danışıqlara start verilib.

Qeyd edək ki, Paulo Dibalanın “Yuventus”la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

 

 

 

Gununsesiaz.info