İtaliya A seriyasının III turunun “Yuventus” – “Napoli” oyunu ilə bağlı qərarın verilməsi təxirə salınıb.
Gununsesi.info-nun məlumatına görə, A seriyasının İntizam Komitəsi turda baş verənlər barədə qərarları açıqlasa da, qonaqların koronavirus səbəbindən gəlmədiyi matçla bağlı araşdırma apardığını elan edib.
Görüşlə bağlı qərar qeyri-müəyyən müddətə qədər təxirə düşüb.
Qeyd edək ki, yerli səhiyyə xidməti “Napoli”yə səfərə çıxmağa qadağa qoysa da, A seriyası oyunu təxirə salmayıb. Bu üzdən qonaqlara 0:3 texniki məğlubiyyət verilməsi də istisna olunmur.
Gununsesi.info–