Səudiyyə Ərəbistanı klubları “Yuventus”un yarımmüdafiəçisi Filip Kostiçlə maraqlanır.
Gununsesi.info xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Bildirilib ki, 31 yaşlı Kostiçin Səudiyyə Ərəbistanına transferi böyük ehtimalla bu ay reallaşacaq.
Qeyd edək ki, 2022-ci ildən “Yuventus”da oynayan futbolçunun müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
Gununsesi.info