Yuxu deyil, kabuslar diyarı: Yeraltı tunellərə sığınan “köstəbək” insanların gizli həyatı ortaya çıxdı – FOTO

  • By admin
  • 26 Fevral 2024 12:54

ABŞ-da gecə klubları və kazinoları ilə məşhur olan Las-Veqasın altındakı tunellerədə yaşayan 2000 nəfərin gizli həyatı üzə çıxıb.

Gununsesi.info xəbər verir ki, YouTube-da yayımlanan videoda təxminən 320 kilometr uzunluğunda tunellərdə yaşayanların həyatı görüntülənibb. Labirintlərdə yaşayanlar sel ehtimalına baxmayaraq, yerin altında yaşamağa vərdiş etdiklərini deyirlər.

Bu insanlar özlərini “köstəbək adamlar” adlandırarkən, buradakı insanların bəzilərinin əqli cəhətdən qeyri-sabit, bəzilərinin isə narkotik aludəçisi olduğu öyrənilib. Əqrəb və siçovulların yerin altında vəhşicəsinə qaçdığı bildirilərkən, bəziləri narkotik aludəçiliyi və borca ​​görə yerin altına qaçıb.

Həmçinin bəzən qaranlıq tunellərdə döyüşlərin getdiyi, yeraltı tunellərdə iyerarxiyanın olduğu bildirilib. Onların bəzilərinin pasportlarının belə olmadığı olduğu bildirilib.

Rəsmi məlumatlara görə, Las-Veqasın altındakı tunellər ABŞ-da ən böyük evsiz əhalidən birinə ev sahibliyi edir.

Gununsesi.info