Yuxu problemi üçün universal bir “müalicə” kəşf edildi – Uzunömürlülüyün sirri…

  • By admin
  • 06 May 2023 19:25

Çində Tibb Universitetində yuxu üzərinidə araşdırmalar edən mütəxəssislər yatmaq problemi olanlarla bağlı maraqlı açıqlama veriblər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar nəticəsində üzə çıxarılıb ki, çox yatmaq davranışların və hərəkətlərin çoxluğunu gərəkli edir. Daha çox yatmaq, daha çox hərəkət etməyə səbəb olur, bu da uzun ömür yaşamağa gətirib çıxarır.

Bəlli olub ki, çox qısa zamanlı yuxu zərərlidir. Ancaq artan fiziki hərəkətlilik ölüm riskini daha da azaldır. Bu araşdırmaya 90 mindən çox adam daxil edilib.

Araşdırmaçıların fikrincə, uzun müddətli yuxu və hərəkətlilik uzun ömrün kodlarıdır.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info