Yuxusunda evinin altında xəzinə olduğunu görən kişi qazdığı quyuda öldü – FOTO

  • By admin
  • 09 Yanvar 2024 09:28

Braziliyada evinin altına basdırılmış qızılları xəyal edən 71 yaşlı təqaüdçü mətbəx döşəməsinin altında qazdığı 40 metr dərinlikdəki quyuya düşərək ölüb.

Gununsesi.info xəbər verir ki, Joao Pimenta da Silva adlı adam yuxuda evinin altında qızıl xəzinəsi olduğunu söylədikdən sonra mətbəxinin döşəməsində təxminən 40 metr dərinlikdə quyu qazıb. Silva quyuya enərkən yelləncək stulunun kəndiri qopduqdan sonra quyuya düşüb və ölüb.

Qonşuların dediyinə görə, qoca yuxuda birinin evinin altındakı ərazidə qızıl basdırıldığını söylədikdən sonra evinin qızıl olduğuna inanmağa başlayıb və o, bu vəziyyətə aludə olub.

Qızıl axtaran şəxsin ölümü ilə nəticələnən faciə yanvarın 5-də baş verib. Qocanın quyuya düşməsindən sonra evə gələn xilasedici qruplar quyuya enərkən qocanın cəsədini tapıblar.

Yerli mənbələrdən verilən məlumata görə, quyudan su və lil çıxarma prosesini başa vuran qoca quyudan çıxmaq istəyərkən üstündə oturduğu yelləncək stulunun kəndiri qoparaq quyuya düşüb və ölüb.

Gununsesi.info