Yüzə yaxın vətəndaşa qarşı dələduzluq edən Rüfət Priyevin videosu yayıldı - VİDEO

Xəbər verdiyimiz kimi, yüzlərlə vətəndaşa qarşı külli miqdarda dələduzluq əməlləri törədən  “Greencard Azerbaijan” şirkətinin rəhbəri Rüfət Piriyev nəhayət, həbs edilib.

Qeyd edək ki, Rüfət Piriyev yüzlərlə vətəndaşı aldadaraq onları ABŞ və Kanadaya viza düzəldələcəyinə dair vədlər verib.

Bu faktı  Gununsesi.info-nun ictimailəşdirilməsindən sonra Rüfət Piriyev haqqında şikayətlərin sayı artıb və Daxili İşlər Nazirliyi tərəfindən onun saxlanılması barədə məlumat yayılıb.

Rüfət Piriyevin dələduzluq əməllərindən zərərçəkən vətəndaşlardan biri onunla həbs olunmazdan əvvəlki dialoqunu lentə alıb.

Həmin şəxs Rüfət Piriyevin borcu qaytaracağı barədə vədini əks etdirən video görüntülərini Gununsesi.info-ya təqdim edib.

Həmin söhbəti təqdim edirik.

 

 

 

Şəbnəm

Gununsesi.info