
Papua-Yeni Qvineyanın şimalındakı Kaokalam kəndində torpaq sürüşməsi 300-dən çox insanın həyatına son qoyub.
Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bu barədə yerli mediada xəbər verilib.
Bildirilir ki, təbii fəlakət nəticəsində 1182 ev yerləbir olub.
Hadisə nəticəsində magistral yola çıxış bağlanıb, əraziyə çatmağın yeganə yolu helikopterlər olub.
Əyalət sakinləri sosial şəbəkələrdə sürüşmənin nəticələrini əks etdirən görüntülər dərc edirlər.
Qeyd edək ki, hadisə mayın 24-də yerli vaxtla saat 3:00 radələrində baş verib.