Jurnalist qızı olan Neerja Bhanot karyerasına model olaraq başlayıb. Daha sonra “Pan American Airways” şirkətində stüardessa olaraq işləmək üçün müraciət edib.
İşə qəbul edilən Neerja Bhanton başına gələcəklərdən xəbərsiz idi. Hindistanın Mumbai şəhərində yaşayan gənc qadının işə başladıqdan 6 ay sonra göstərdiyi qəhrəmanlıq sayəsində yüzlərlə insanın həyatı xilas olmuşdu.
1986-cı ildə Pakistandan Frankfurta uçan təyyarədə vəzifəli olan Neerja Bhanton salona 4 şübhəli şəxsin daxil olduğunu anlamışdı. Həmin 4 adamın terrorçu olduğu qənaətinə gələn Neerja pilotlara gizli kod göndərərək onları xəbərdar etməyi bacarıb. Bunun sayəsində pilot, pilot köməkçisi və uçuş mühəndisi təyyarəni havaya qaldırmadan təcili çıxış qapısından qaçıb.
“Ebu Nidal” terror təşkilatının üzvləri təyyarədəki 360 sərnişini girov götürmüşdü. Lakin pilotlar qaçdığı üçün təyyarəni havaya qaldıra bilməyən terrorçular polislərlə razılığa gəlmək məcburiyyətində qaldılar.
Daha sonra terrorçular stüardessalara sərnişinlərin pasportlarını yığmağı əmr etdi. Neerja ABŞ vətəndaşı olan sərnişinlərin hədəf olacağını təxmin edib, onların həyatını da xilas edib. O, topladığı pasportların arasından 41 ABŞ vətəndaşının pasportunu seçərək oturacağın altında gizlətməyi bacarmışdı. Bunun sayəsində terrorçular salonda hansı sərnişinin ABŞ vətəndaşı olduğunu müəyyən edə bilməmişdi.
Təyyarədə elektrik kəsildikdən sonra terrorçular ətrafa atəş açmağa başlayıb. Həmin anda təcili çıxış qapısını açan Neerja əvvəlcə özünün qaça bilmək şansı varikən xeyli insanın oradan xilas olmasına kömək etdi.
Daha sonra salonda qalan 3 uşaq üçün özünü sipər edən Neerja aldığı güllə yaralarından həyatını itirdi. Neerja ölmündən iki gün öncə 23 yaşını yenicə qeyd etmişdi.
Onun xilas etdiyi uşaqlardan biri hazırda pilotdur. Hadisədən sonra Neerja Hindistanın “Ən hörmətli əsgər”i medalı ilə təltif edildi. Medal onun anası Rama Bhonata təqdim edilmişdi.
Turan Oruc,
Musavat.com
Bu hadisə haqqında film də çəkilib.