Yüzlərlə terrorist silahı buraxıb təslim oldu - FOTO

  • By admin
  • 03 Aprel 2017 11:12

unnamed
Əfqanıstanın şimalındakı Bəlx vilayətində “Taliban” Terror Qruplaşması ilə bağlılığı olan 200 nəfər silahlı orduya təslim olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Taliban”çıların təslim olma mərasiminə Bəlx vilayətində olan millət vəkilli Alem Xan Azadi, vilayətin Şura sədri Muhammad Afzal Hədid, Kəşfiyyat başçısı İbadullah İbad və Təhlükəsizlik müdiri Sayed Kamal Sadat qatılıblar

Belə ki, mərasimdə çıxış edən millət vəkili Alem Xan Azadi silahlıların silah buraxmasıyla bölgədə sabitliyin təmin ediləcəyinə və xalqın hüzür içində yaşayacağını söyləyib.

Qeyd edək ki, orduya təslim olan “Taliban” Terror Qruplaşmasının komandiri Xan Məhəmməd Çirik silah gücünə nəyəsə nail olmağın mümkün olmadığını deyib: “Bu səbəbdən də silahlarımızın buraxaraq təslim olduq. Artıq dövlətlə birgə terroristlərə qarşı mübarizə aparacayıq” -, deyə o bildirib.

Anar
Gununsesi.info