Zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlandı

  • By admin
  • 12 İyun 2017 13:14
timthumb
Xəstələrdə “Rota” virusu (Rotavirus) infeksiyası aşkar edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sumqayıtda xəstəxanaya yerləşdirilən uşaqlardan xəstəliyin mənşəyini öyrənmək məqsədi ilə onlardan qan analizi götürülərək, laboratoriyalarda müayinə aparılıb. “Uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində  isə xəstələrdə “Rota” virusu (Rotavirus) infeksiyası aşkar edilib”.
Son dörd gün ərzində 136 uşaqda bu infeksiya aşkarlanıb.
Nazirlikdən verilən məlumada bildirilir ki, hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir:
“Onların vəziyyətləri kafidir və yaxın vaxtda evə yazılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir”.
Gununsesi.info