Zəhərli ilan kişinin alt paltarının altında gizləndi

Taylandda gecə saatlarında alt paltarına kobra sürünən kişi xilas edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.

Məlumata görə, hadisə iyunun 8-də Rayonq əyalətində baş verib.

İlanları xilas edən Rayonq vilayətin şərq hissəsindəki bir evə çağırılıb. Məlum olub ki, yerli sakin gecə yarısı alt paltarında zəhərli ilan tapıb.

Qonşular onun evinin ətrafına toplaşıb.

Bildirilir ki,  o, çarpayıda uzanıb nəfəs almaqdan belə qorxub. Sürünən adamın sol ayağının yanında gizlənibmiş.

Daha sonra ilan tutanlar onun quyruğundan qarmaqla tutub, yavaş-yavaş alt paltarından çıxarıb, xüsusi çantaya qoyublar.

 

 

Gununsesi.info