Zəhra ilə bağlı yürüş təxirə salındı – Yenilənib

  • By admin
  • 05 İyul 2017 19:29

fuzulizehraquliyeva05071703jpg (1)
rmənistan tərəfinin təxribatı nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva ilə bağlı sabah çoxsaylı gənclər təşkilatları tərəfində yürüş keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat yayıb.

Yürüş Bridge Plazadan başlayacaq. Gənclər saat 11.00-da Rusiya səfirliyinin, 11.20 Amerika səfirliyinin, 12.00-da Fransa səfirliyinin qarşısından keçəcəklər.

***

Gənclər təşkilatları sözügedən yürüşün keçirilməsinin təxirə saxılması qərarına gəliblər. Bu haqda Səmayə Məmmədova məlumat yayıb. O, qərarı belə şərh edib:

“Gənclər təşkilatları ilə bu gün keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslarsan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terror aktlarını, azərbaycnalılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir”.

Gununsesi.info