Zəhra üçün anım gecəsi keçiriləcək

  • By admin
  • 11 İyul 2017 21:17

126355_emsi48kelx
14 iyul, saat 17:00-da Muğam Mərkəzində “Zəhra” – müharibələrdə həlak olmuş uşaqların anım gecəsi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Söz” ədəbi layihəsinin birgə təşkil etdiyi anım gecəsi Azərbaycan, rus və ingilis dilində keçiriləcək.

Anım gecəsində Nigar Camal, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Elnur Hüseynov, Fidan Hüseynova, Xəyal Rzazadə, Şəhriyar del Gerani, Mehman Rəsulov, Nigar Həsənzadə, Solmaz Suleymanlı, Leyli Salayeva çıxış edəcəklər.

Tədbirə hər kəs dəvətlidir. Giriş sərbəstdir.

Gununsesi.info