
Dünyadakı 2-ci dərəcəli zəlzələ qurşağında yaşayan Azərbaycan vətəndaşları üçün zəlzələyə ön hazırlıqla bağlı bilinməsi gərəkli olan önəmli bilgiləri sizin üzün hazırladıq.
Təbii fəlakətlərdən ən az zərərlə qurtulmaq üçün hazırlıq etmək əsas işlərdən biridir. Yıxıcı və dağıdıcı təsirləri olan təbii fəlakətləri kiçik ziyan və zərərlə adlatmaq üçün hazırlanmış bir zəlzələ çantanızın yanınızda olması böyük önəm daşıyır. Zəlzələ çantası necə hazırlanır və içində nələr olmalıdır?
Gununsesi.info xarici mətbuata istinadən həmin bilgiləri sizə təqdim edir.

Hər mövsimə uyğun geyim məhsulları
Yaşana biləcək olası bir zəlzələdən sonra gigiyena ehtiyacınızı qarşılamaq üçün işlədəcəyiniz zəlzələ çantasında gərəkli olanlardan olan məhsul qrupu gigiyena malzəmələridir.
Zəlzələ çantanıza, maska, islaq dəsmal, yastıq, sabun, tuvalet kağızı, zibil torbası, dezenfeksiya edici, diş məcunu və qadınlar üçün önəm daşıyan yaş salfetka qoymalısınız.
Bu çantanın bir təcili durum xilas edicisi olduğunu düşünərək edəcəyiniz hazırlıqda gərəksiz və çox sayda əşya almaq yükünüzü ağırlaşdıracaq. Gigiyenik məhsullardan bir paket qoymaq yetərlidir.
Bunların içində davamlı içməli olduğunuz dərman və əlaclar varsa, onları da mütləq yerləşdirməlisiniz.
Önəmli sənədləri foto kopiyaları
Yuxarıda bildirdiyimiz bütün malzəmələri yerləşdirdinizsə, indi sıra fəlakət sonrasında digərləri ilə rabitənizi təmin edəcək başlıca materiallardadır.
Əl fənəri və səsli düdük xilasedicilərin sizin yerinizi bilməsi və səsinizi eşitməsi üçün bunu əsla unutmayın.
Bununla işığı və düdük səsini xəbərdaredici, çağırış “parolları” olaraq qurtarış işçilərinə ötürəcəksiniz. Fnərə seçərkən batareyalarla işləyənlərə üstünlük vermək gərəkdir.
Eləcə də, ilkin tibbi yardım materialları, su və külək keçirməyən təcili durumdan qorunma örtüyü, yorğan, qeyd dəftəri, bağlama lenti, qələm, cib bıçağı, “power bank”, kiçik qayçı, batareyalı radio və yedək batareya pilləri qoymalısınız.
Zəlzələ çantasını hazırladıqdan sonra nələrə diqqət etməlisiniz?
- Ailənizdə doğuş qüsurlu içik uşaq, yaşlı və ya xroniki xəstəliyi olan nəfərlər varsa, onların özəl ehtiyaclarını göz önünə alaraq ehtiyac ola biləcək məhsulları da artırmalısınız.
- Zəlzələ çantasını 6 ayda bir dəfə kontrol etmək və son istifadə tarixi yaxınlaşan məhsulları yeniləməlisiniz.
- Zəlzələ çantasını hər kəsin bildiyi asan və çıxış qapısına yaxın bir yerdə qoymalısınız.
- Yaşam sahənizlə yanaşı, avtomobiliniz varsa, onun içində və iş yerinizdə də bir yedək çantanızın olması gərəkdir.
Tərcümə: Arzu Sayadoğlu