
İtaliyada güclü zəlzələ başa verib.
İtaliyanın mərkəzi regionunda baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 73 nəfərə çatıb, yüzlərlə insan itkin düşüb, yaralıların dəqiq sayı isə hələ ki, məlum deyil.
Gununsesi.info xəbər verir ki, zəlzələ nəticəsində dağlıq ərazidə yerləşən şəhərlər, xüsusən Amatriçe, Peskara-del-Tronto, Akkumoli şəhərləri daha çox zərər görüb.
Hazırda təbii fəlakətdən sonra dağ rayonlarında sağ qalanların axtarışı davam edir.
18:00
***
Gununsesi xarici KİV-lərə istinadən xəbər verir ki, yeraltı təkanlar əsasən İtaliyanın mərkəzi hissəsində baş verib. Zəlzələnin maqnitudasının 6,3 bal olduğu bildirilir.
Zəlzələ Terni və Amatriç şəhərlərində bir sıra dağıntılara səbəb olub. Terni şəhərində ən azı 6 nəfərin öldüyü qeyd olunur. Amatriç şəhərinin meri Sercio Pirotstinin sözlərinə görə, insanlar dağıntılar altında qalıblar.
Akkumoli şəhərinin meri şəhərdə 4 nəfərin öldüyünü bildirib. Lakin hakimiyyət hələ ki 2 nəfərin öldüyünü təsdiqləyib.
10:17
***
İtaliyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artır.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində ən azı 14 nəfər ölüb.
10:38
***
İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 24 nəfərə çatıb.
Gununsesi.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, seysmoloqlar yeni təkanların baş verə biləcəyini istisna etmirlər.
16:58
***
İtaliyada fəlakət qurbanlarının sayı artıb.
Gununsesi.info xəbər verir ki, güclü zəlzələ nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.
Gununsesi.info