Zəlzələ limanlarda iş prosesinə təsir etməyib

Bu gün ölkə ərazisində baş verən zəlzələ limanlarda yük əməliyyatlarına, gəmilərin giriş-çıxışına və iş prosesinə təsir etməyib.
Bu barədə Gununsesi.info -ya Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat xidmətindən bildiriblər.
Məlumatda qeyd olunur ki, hazırda limanlarda iş prosesi gücləndirilmiş rejimdə həyata keçirilir:
“DDLA-nın mütəxəssisləri dəniz üzgüçülüyünün təhlükəszliyinin təmin olunması istiqamətində mütəmadi olaraq limanlarla məlumat mübadiləsi aparır və informasiyaları diqqətlə izləyir”.
Gununsesi.info