Zəlzələ ölkəni silkələdi - FOTOLAR

  • By admin
  • 06 İyun 2018 08:00

Zaqatalada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Yerli vartla saat 22:40-da baş verən zəlzələnin episentri 2 km dərinlikdə yerləşib. Yeraltı təkan episentirdə 6 bala qədər hiss olunub.

 Güclü zəlzələ şimal-qərb regionundakı qonşu rayonlarda, həmçinin Aran bölgəsindəki rayonlarda da hiss edilib.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

***

Sosial şəbəkə istifadəçiləri zəlzələ zamanı mağazalarda məhsulların rəflərdən aşdığını əks etdirən fotolar paylaşıblar.

Sakinlər zəlzələ zamanı çox təlaşa düşdüklərini bildiriblər.


Gununsesi.info